\
28 Sentyabr 2024 - Şənbə

23 saylı məktəb və Baku-Oxford School-da korona aşkarlandı

23 saylı məktəb və Baku-Oxford School-da korona aşkarlandı
1820baxış

Bakıda iki məktəbin şagirdləri arasında koronavirusa yoluxma faktları olduğundan bir neçə sinif distant təhsilə keçib.

Məlumata görə, Tahir Həsənov adına 23 nömrəli məktəbin üç sinfində şagirdlərin COVID-19 infeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.

Anoloji hadisə Baku-Oxford School-da da qeydə alınıb. Belə ki, həmin təhsil ocağında da yoluxma səbəbindən bir sinif distant təhsilə keçib.

Xatırladaq ki, bundan əvvəl 162 nömrəli tam orta məktəbin 8 ç sinfində 3 şagirdin COVID-19 infeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.

Qeyd edək ki, hər üç təhsil müəssisəsində əyani təhsil davam edir.