\
28 Sentyabr 2024 - Şənbə

Siyasi partiya rəhbərləri Şuşaya getdilər - Video

Siyasi partiya rəhbərləri Şuşaya getdilər - Video
1402baxış
Azərbaycanda fəaliyyət göstərən siyasi partiya rəhbərləri Şuşaya səfər ediblər.
 
Mediapress.az xəbər verir ki, səfərdə ümumilikdə, 80-90 nəfərə yaxın adam iştirak edir.
 
Şuşa səfəri Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşəbbüsü həyata keçirilib.
 
 
 
Qeyd edək ki, Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin rəhbəri Ədalət Vəliyevin təşəbbüsü ilə siyasi partiya rəhbərləri Ağdam şəhərini ziyarət etmişdilər.