\
28 Sentyabr 2024 - Şənbə

Bərdədə məktəb binası uçub - FOTO

Bərdədə məktəb binası uçub - FOTO
1373baxış

Bərdə rayonunda məktəb binası uçub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Mehdili kənd tam orta məktəbində baş verib. Mehdili kənd ərazi nümayəndəsi, Rəhim Kazımov APA-ya bildirib ki, məktəb binası 3 gündür ki, hissə-hissə uçmağa başlayıb. Sonuncu uçqun idman zalında baş verdiyi üçün xəsarət alan olmayıb 

200 şagirdin təhsil aldığı 360 yerlik məktəb binasının növbəti ildən tikintisinə başlanacaq.

R. Kazımov onu da bildirib ki, şagirdlərin təhsilini davam etdirməsi üçün ən qısa müddətdə sinif otaqları quraşdırılacaq.