Ukrayna parlamentinin deputatı, “Gələcək uğrunda” fraksiyasının üzvü, 33 yaşlı Anton Polyakovun meyiti Kiyevin Dnepropetrovsk rayonunda aşkar edilib.
Bakupost.az UNN-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna parlamentinin oktyabrın 7-də istefaya göndərilən sədri Dmtri Pazumkov sosial şəbəkədə yazıb.
Məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır, cinayət işi başlanılıb.