\
30 Noyabr 2024 - Şənbə

Prezident Bakıda yolların yenidən qurulmasına 2,6 milyon manat ayırıb

Prezident Bakıda yolların yenidən qurulmasına 2,6 milyon manat ayırıb
1424baxış

Prezident İlham Əliyev "Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

Sərəncamla Bakı şəhəri Səbail rayonunun Badamdar və Bibiheybət qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 2,6 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.