Bakıda daha bir liseydə koronavirus aşkarlandı
1335
Bakıda daha iki sinif koronavirusa yoluxma səbəbindən distant təhsilə keçib.
APA-nın məlumatına görə, "Ankara məktəbi" məktəb liseyinin 7 e və 7 f siniflərində bir neçə şagirddə virusa yoluxma aşkarlandığı üçün sinif distant təhsilə keçib.
Məsələ ilə bağlı Təhsil Nazirliyindən APA-ya bildirilib ki, hər hansı sinifdə yoluxma aşkarlandığı təqdirdə həmin sinif 14 günlük distant təhsilə keçir. 14 günlük karantin müddəti bitdikdə isə sinif yenidən ənənəvi dərslərə davam edir.