\
27 Sentyabr 2024 - Cümə

Ukrayna Ali Radasının üzvləri ermənilərin Gəncədə dağıtdıqları ərazidə olub

Ukrayna Ali Radasının üzvləri ermənilərin Gəncədə dağıtdıqları ərazidə olub
1649baxış

Ukraynanın bir qrup siyasətçisi Gəncə şəhərində səfərdədir.

Ukrayna Ali Radasının üzvləri Azərbaycanın kinci böyük şəhərinə səfər edərək, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan əraziyə baş çəkiblər.

Qonaqlar burada dünyasını dəyişmiş sivil insanların ruhuna ehtiram əlaməti olaraq dağıntılar olan əraziyə güllər düzüblər.

Qonaqlara Vətən müharibəsi zamanı ermənilər tərəfindən Gəncə şəhərində törədilən terror hadisələri ilə bağlı məlumatlar verilib.