Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb
1383
Bakının 245 nömrəli tam orta məktəbinin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən KİV-ə verilən məlumata görə, həmin məktəbin 12 müəllimi və 5 şagirdinin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub.
Bildirilib ki, COVID-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb: "Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 245 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub".