\
30 Noyabr 2024 - Şənbə

Ceyhun Bayramov: “Azərbaycan-Slovakiya münasibətləri inkişaf edir”

Ceyhun Bayramov: “Azərbaycan-Slovakiya münasibətləri inkişaf edir”
1446baxış

Bu gün slovakiyalı həmkarımla faydalı görüş keçirdik.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçokla keçirdiyi birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər inkişaf edir və münasibətlərin daha da dərinləşməsi üçün böyük potensial var: "Bu, 2021-ci ildə XİN rəhbərləri arasında sayca üçüncü görüşdür. Bu gün ölkələr arasında iqtisadi sahədə münasibətlərin potensialı müzakirə olunub, görülmüş və görüləcək işlər barədə tərəflər bir-birini məlumatlandırıb”.

Azərbaycan-Slovakiya Biznes Forumunun keçiriləcəyini vurğulayan C. Bayramov Azərbaycan Milli Məclisi sədrinin bu yaxınlarda Slovakiyaya səfər etdiyini qeyd edib.

XİN rəhbəri onu da qeyd edib ki, Azərbaycan və Slovakiya fundamental prinsiplərə hörmət edir, ölkələrin suverenliyini, ərazi bütövlüyünü və dövlətlərin daxili işlərinə müdaxilə etməməyi tanıyır.

C. Bayramov slovakiyalı həmkarını 44 günlük Vətən müharibəsinin nəticələri, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri barədə də məlumatlandırıb.