\
28 Noyabr 2021 - Bazar günü

Belarusun Nyu-Yorkdakı Baş konsulluğu bağlanıb

Belarusun Nyu-Yorkdakı Baş konsulluğu bağlanıb
1125baxış

Belarusun Nyu-Yorkdakı Baş konsulluğu fəaliyyətini dayandırıb.

APA-nın “Belta” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Belarusun Baş naziri Roman Qolovçenko qərar imzalayıb.

Qərara əsasən, Belarusun ABŞ-ın Nyu-York şəhərindəki Baş konsulluğu 20 oktyabr 2021-ci ildən fəaliyyətini dayandırır.

Rəsmi Minsk bir müddət əvvəl Amerika tərəfinin Baş konsulluğun bağlanması tələbi irəli sürdüyünü açıqlamışdı.

 
  •