Moskvada koronavirusa görə yeni məhdudiyyətlər tətbiq olunub
1428
Rusiyanın paytaxtı Moskvada COVID-19 infeksiyası ilə bağlı yeni məhdudiyyətlər tətbiq olunub.
APA-nın Moskva müxbiri xəbər verir ki, mer Sergey Sobyanin oktyabrın 28-dən noyabrın 7-dək paytaxtda qeyri-iş günü elan olunması barədə Fərman imzalayıb. Fərmanda infeksiyaya yoluxma və ölüm hallarının artması ilə bağlı məhdudiyyətlərin tətbiq olunması da əksini tapıb.