FHN Badamdardakı sürüşmə sahəsində son vəziyyəti açıqlayıb
"Badamdarda 20-ci sahədə baş verən sürüşmə zonasında ikinci terras üzrə dəmir-beton suvayların hörülməsi işləri həyata keçirilir”.
Mdiapress.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” inustutunun geoloji axtarış şöbəsinin rəisi Samir Vəliyev jurnalistlərə açıqlamasında deyib.
“Bu məhrələ də yekunlaşandan sonra isə yamacın yuxarı hissəsində ankerlənmə işləri davam edəcək. Bu da yamac mərkitmə işlərinə aiddir. Burada dərinliyi 5-6 metr olmaqla ankerlər vurulacaq və daha sonra üzəri betonla hamarlanacaq. Bu işlər bitəndən sonra isə sürüşmə sahəsində ehtimal olunan infiltirasiya olunmuş digər suları kənarlaşdırmaq üçün qaleriyalar quraşdırılacaq. Tam yekunlaşan zaman isə yamacda abadlıq işləri aparılacaq. Yamac bərkitmə işləri bu ilin axırına kimi hava şəraitindən asılı olaraq həyata keçiriləcək. İlin axırına qədər layihə üzrə planı yerinə yetirməyi planlaşdırırıq", - o vurğulayıb.