Bakı metrosunda tüstülənmə olub, qatarların hərəkəti məhdudlaşdırılıb
1774
Bakı metrosunun "28 May" stansiyasının giriş sahəsində tüstülənmə olub.
Bu barədə Mediapress.az-a Bakı Metropolitenindən məlumat verilib.
Bildirilib ki, bu səbəbdən qısa müddət ərzində yüksək gərginlik xətləri ayrılıb.
Məlumata görə, "Həzi Aslanov-28 May" istiqamətində qatarların hərəkəti məhdudlaşdırılıb.
Hazırda "Cəfər Cabbarlı- Xətai" istiqaməti istisna olmaqla, Bakı Metropoliteninin xətlərində qatarların hərəkətini tənzimlənməsi təmin olunur, yəni digər istiqamətlərə yüksək gərginlik verilir.