\
30 Noyabr 2024 - Şənbə

Dövlət Komitəsi 11 yaşlı ana və körpəsi ilə bağlı məlumat yayıb

Dövlət Komitəsi 11 yaşlı ana və körpəsi ilə bağlı məlumat yayıb
1369baxış

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İmişlidə 11 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı məlumat yayıb.

Komitədən KİV-ə verilən məlumatda bildirilib ki, İmişli rayonunda 11 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İmişli rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işlərinin və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən ana və uşaq nəzarətə götürülüb: “Uşaqların mənafeyinə uyğun zəruri tədbirlər görüləcək. Aparılan istintaqın nəticələrindən asılı olaraq, yetkinlik yaşına çatmayan ana və körpənin gələcək taleyi ilə bağlı müvafiq qərarlar qəbul ediləcək. Hazırda uşağın sağlamlığı ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, cinayət məsələsi ilə bağlı hüquq-mühafizə orqanları eyni anda məşğul olur. Dövlət Komitəsi də öz növbəsində bu prosesdə iştirak edərək yetkinlik yaşına çatmayanın tibb müəssisəsindən çıxdıqdan sonrakı vəziyyəti ilə bağlı lazımi tədbirləri görəcək”.

Dövlət Komitəsi bir daha xatırladır ki, valideynlərin övladlarına qarşı etinasız və laqeyd münasibəti ağır fəsadların baş verməsi ilə nəticələnir. Uşaqların qayğısına qalmaq və nəzarət etmək valideynlərin borcudur. Cinayət barədə məlumatlı olub bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməmək cinayət qanunvericiliyinə əsasən məsuliyyətə səbəb olur.