\
27 Sentyabr 2024 - Cümə

Sumqayıtda intihara cəhd: özünü dənizə atdı

Sumqayıtda intihara cəhd: özünü dənizə atdı
1402baxış

Sumqayıt şəhəri ərazisində intihar məqsədilə özünü dənizə atan şəxs sudan çıxarılıb.

 
Bu barədə Mediapress.az-a Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıtda 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaş sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.