\
27 Sentyabr 2024 - Cümə

Azərbaycanda daha 2 440 nəfər koronavirusa yoluxub, 26 nəfər ölüb

Azərbaycanda daha 2 440 nəfər koronavirusa yoluxub, 26 nəfər ölüb
1386baxış

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 440 yeni yoluxma faktı qeydə alınıb, 2 016 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mediapress.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib.

Ölkədə ümumilikdə 542 150 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 503 524 nəfər müalicə olunaraq sağalıb, 7 208 nəfər vəfat edib, aktiv xəstə sayı 31 418 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 794, ötən müddət ərzində isə ümumilikdə 5 256 832 test aparılıb.