\
27 Sentyabr 2024 - Cümə

Kəmaləddin Heydərov onu rəis təyin etdi - Foto

Kəmaləddin Heydərov onu rəis təyin etdi - Foto
1458baxış
Fövqəladə Hallar Naziri, general-polkovnik Kəmaləddin Heydərov Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinə rəis təyin edib.
 
Mediapress.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, K.Heydərovun müvafiq əmri ilə bu vəzifəyə FHN-nin daxili xidmət polkovnik-leytenantı Bəradə Heydərov əvvəlcə rəis əvəzi, daha sonra isə rəis olaraq təsdiqlənib.
 
B.Heydərov bundan əvvəl Binəqədi rayon Yanğından Mühafizə Hissəsinin 2 saylı Yanğından Mühafizə bölməsinin rəisi olub.
 
Qeyd edək ki, Binəqədi rayonu üzrə Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, daxili xidmət polkovniki Kamil Şərbətov bu ilin yanvarında koronavirusdan dünyasını dəyişib.