Ərdoğan Ukraynaya gedəcək
1382
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2022-ci ilin əvvəlində “strateji danışıqlar” üçün Ukraynaya səfər edəcək”. Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
"Siz bu səfərin təhlükəsizlik və Krım məsələsi kontekstində nə qədər vacib olduğunu başa düşürsünüz", - Kuleba qeyd edib.
Xatırladaq ki, daha əvvəl Rəcəb Tayyib Ərdoğan Donbassda gərginliyin qarşısını almaq üçün Ukrayna və Rusiya arasında vasitəçi kimi çıxış etməyi təklif etmişdi.