\
27 Sentyabr 2024 - Cümə

Ermənistanda daha 11 nəfər koronavirusdan ölüb

Ermənistanda daha 11 nəfər koronavirusdan ölüb
1374baxış

Ermənistanda son sutkada daha 193 nəfərdə COVID-19 aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 343 350-yə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 11 nəfər artaraq 7 885-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 489 nəfərdir. İndiyədək 327 539 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 6 437 aktiv koronavirus xəstəsi var.