Türkiyədə 22 nəfər saxta spirtli içkidən öldü - Video
1414
Türkiyənin İstanbul şəhərində saxta alkoqol içkidən ölənlərin sayı 22 nəfərə yüksəlib.
İstanbul valiliyi saxta spirtli içkidən zəhərlənən 16 nəfərin vəziyyətinin ağır olduğunu bildirib.
Xatırladaq ki, son günlər Türkiyədə saxta içkidən ölənlərin sayında kəskin artım müşahidə edilir. Belə ki, ötən gün axşam yayılan məlumata görə, ölkə üzrə içkidən ölənlərin sayı 25 olub.