\
30 Noyabr 2024 - Şənbə

Sabirabadda iki yaşlı körpə yanıq xəsarəti alıb

Sabirabadda iki yaşlı körpə yanıq xəsarəti alıb
1468baxış

Sabirabadda bədbəxt hadisə baş verib.

Hadisə Azadakənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 2019-cu il təvəllüdlü T.Əliyev valideynlərinin nəzarətindən yayınaraq qaynar su ilə dolu çaydanı üstünə aşırıb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan körpə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilk tibbi yardım göstərildikdən sonra azyaşlı paytaxt Bakı şəhərinə, xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır. (report)