\
27 Sentyabr 2024 - Cümə

Rusiyada koronavirusdan ölənlərin sayı 300 minə yaxınlaşır

Rusiyada koronavirusdan ölənlərin sayı 300 minə yaxınlaşır
1440baxış

Rusiyada son bir gündə daha 25 907 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 10 267 719 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 1 027 nəfər artaraq 299 249-a yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 9 055 199 nəfər sağalıb.