\
30 Noyabr 2024 - Şənbə

Parlamentdə media müzakirəsi başladı

Parlamentdə media müzakirəsi başladı
1645baxış

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və İnsan hüquqları komitəsinin onlayn formatda birgə iclası keçirilir.

 
Mediapress.az xəbər verir ki, toplantıda "Media haqqında" yeni qanun layihəsinin üçüncü oxunuşda müzakirə olunur.
İclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov, agentliyin digər rəsmi şəxsləri, media orqanlarının rəhbərləri, deputatlar və jurnalistlər iştirak edirlər.