\
30 Noyabr 2024 - Şənbə

Rusiyanın tanınmış voleybolçusu ürək tutmasından ölüb

Rusiyanın tanınmış voleybolçusu ürək tutmasından ölüb
1530baxış

usiya millisinin sabiq voleybolçusu Vadim Xamutskix 52 yaşında dünyasını dəyişib.

Mediapres.az xəbər verir ki, veteran oyunçunun ölümünə ürək tutması səbəb olub.

Əməkdar idman ustası ötən gecə vəfat edib.

Qeyd edək ki, Vadim Xamutskix yığmanın heyətində Sidney-2000 Yay Olimpiya Oyunlarında gümüş, Afina-2004 və Pekin-2008-də isə bürünc medal qazanıb. O, həmçinin Dünya Kuboku, Dünya Liqasının qalibi, dünya çempionatının gümüş mükafatçısı (2002) olub. Xamutskix Avropa çempionatında 2 dəfə gümüş və 2 dəfə bürünc medallara sahib çıxıb.