\
25 Aprel 2024 - Cümə axşamı

Bakıda yanğın baş verən məktəb distant təhsilə keçib

Bakıda yanğın baş verən məktəb distant təhsilə keçib
1301baxış

Bu gün səhər saatlarında Bakı şəhərindəki Aslan Muradov adına 84 nömrəli tam orta məktəbdə yanğın baş verib.


Yanğın məktəbin ikinci mərtbəsində baş verib. Məktəbin müəllim və şagird heyəti təxliyə olunub.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğın qısa müddət ərzində söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.
Bu gün məktəbdə dərslərin distant qaydada davam etdirilməsi nəzərdə tutulur.