Ayda su tapılıb
1369
Çinin “Chang’E 5” avtomatik fəza cihazı ilə Aydan Yer kürəsinə çatdırılmış torpaq nümunəsində su aşkarlanıb.
“Report” xəbər verir ki, “Science Advances” nəşrində dərc olunmuş hesabata görə həmin torpaq nümunəsində 120/1.000.000 qədər miqdarda su olduğu müəyyənləşdirilib ki, həmin suyun əsasən Günəş küləyi nəticəsində əmələ gəldiyi güman olunur.
Qeyd edək ki, sözügedən fəza cihazı 2020-ci ilin dekabr ayında Ayda tədqiqat aparıb.