Qazaxıstanda saxlanılan aksiya iştirakçıları arasında əcnəbilər də var
1327
Qazaxıstanda etirazlar zamanı saxlanılanların sayı məlum olub.
Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, indiyədək etirazlarda saxlanılanların sayı 4 266 nəfər təşkil edir.
"Saxlanılanlar arasında əcnəbi vətəndaşlar da var. Almatı vilayətinin kəndlərindən birində 100-dən çox adam saxlanılıb. İlkin məlumatlara görə, onlar qonşu dövlətin vətəndaşlarıdır”, - deyə məlumatda bildirilib.