Vətən müharibəsi iştirakçısı dəm qazından boğularaq öldü - Foto
1354
Azərbaycanda Vətən müharibəsi iştirakçısı dəm qazından boğularaq ölüb.
Mediapress.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, Zaqatala rayonu, Əliabad qəsəbə sakini Məhərrəm Muxtarov Bakı şəhərində kirayədə qaldığı evdə dəm qazından zəhərlənərək vəfat edib.
M.Muxtarov 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. O, müharibədən qayıtdıqdan sonra Bakı şəhərində fəhləliklə məşğul olurdu.