\
29 Noyabr 2024 - Cümə

Azərbaycanda COVID-19-la bağlı vəziyyət stabildir

Azərbaycanda COVID-19-la bağlı vəziyyət stabildir
1338baxış

“Hazırda Azərbaycanda koronavirus pandemiyası ilə bağlı vəziyyət stabildir".

Bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O qeyd edib ki, yoluxma hallarının sayındakı rəqəmlər də bunu sübut edir.

Qeyd edək ki, son günlər ölkədə koronavirusa yoluxma saylarında azalma qeydə alınır. Belə ki, ötən sutka 555 nəfər virusa yoluxub, hazırda aktiv xəstə sayı 7 228 nəfər təşkil edir.