Əbdürrəhman Vəzirov vəfat edib
1655
Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi Əbdürrəhman Vəzirov vəfat edib.
Ə.Vəzirov yanvarın 10-da Rusiyanın paytaxtı Moskva şəhərində 91 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, əslən Şuşadan olan siyasətçi 1930-cu ildə Bakının Binəqədi rayonunda anadan olub. O, 1988-ci ildən 1990-cı ilədək Azərbaycan SSR-ə rəhbərlik edib. 1990-cı il 20 Yanvar qırğınından sonra Rusiyaya sığınıb və ömrünün sonunadək orada yaşayıb.