Ərdoğan Türkiyənin Ermənistan üzrə xüsusi nümayəndəsinin təyin edilməsi barədə sərəncam imzalayıb
1359
Türkiyənin Ermənistandakı xüsusi nümayəndəsi rəsmən təsdiqlənib.
“Report” “Rəsmi qəzet”ə istinadən xəbər verir ki, bununla bağlı sərəncamı Prezident Rəcəb Tayyib Ərdoğan imzalayıb.
Sərəncama əsasən səfir Serdar Kılıç Türkiyənin Ermənistandakı xüsusi nümayəndəsi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Serdar Kılıç Türkiyənin ABŞ-da səfiri olub. Onun rəsmi Ankaranın Yerevanda xüsusi nümayəndəsi təyin edilməsində məqsəd Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılmasıdır. Xüsusi nümayəndələrin ilk görüşü bu ay keçiriləcək.