\
25 Aprel 2024 - Cümə axşamı

İlham Əliyev İsrail Prezidentinə başsağlığı verib

İlham Əliyev İsrail Prezidentinə başsağlığı verib
1384baxış

Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa başsağlığı məktubu göndərib.

Mediapress.az xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Ananız - Aura Hersoqun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm".