\
25 Aprel 2024 - Cümə axşamı

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
1518baxış

Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub-qərb küləyinin gündüz güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 0-1° isti, gündüz 4-6° isti, Bakıda gecə 0-1° isti, gündüz 4-6° isti olacaq.
Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji xəbərdarlığa əsasən, yanvarın 18-i gündüz Abşeron yarımadasında gilavar küləyinin güclənəcəyi gözlənilir ki,
bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında hava əsasən, yağmursuz, gecə və səhər saatlarında duman, qərb ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 4-9° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20° şaxta, gündüz 0-5° şaxta olacaq.