\
19 Mart 2024 - Çərşənbə axşamı

Salyanda evdə qaz sızmasından nənə və nəvə yanıq xəsarətləri alıb

Salyanda evdə qaz sızmasından nənə və nəvə yanıq xəsarətləri alıb
1348baxış

Salyanda evdə qaz sızmasından yaranan yanğın nəticəsində nənə və nəvə xəsarətlər alıb.

Hadisə Salyan rayonunun Qaraçala kəndində qeydə alınıb. Həmin kəndin sakinləri, 1949-cu il təvəllüdlü Abdullayeva Nargilə Sadiq qızı və nəvəsi - 2005-ci il təvəllüdlü Abdullayev Sirac Ceyhun oğlu evə sızan qazın qəfil alovlanmasından yanıq xəsarətləri alıblar. Nənə və nəvə yanıq xəsarətləri ilə Şirvan xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.