\
29 Noyabr 2024 - Cümə

Hazırda Omikron dünyada qriplə bərabər yayılır

Hazırda Omikron dünyada qriplə bərabər yayılır
1464baxış

Koronavirusun "omikron" ştamı sürətlə bütün dünyaya yayılmaqdadır. Avropa ölkələrində bu ştamma qarşı mübarizə tədbirləri gücləndirilir.

Trend-in suallarını cavablandıran həkim-infeksionist Mərdan Əliyev bildirib ki, "omikron" öz dominantlığını dünyada qoruyub saxlayır. Azərbaycanda da əhalinin 40%-də bu ştama yoluxma faktı aşkar edilib.

"Amma "omikron" qripdən fərqlənir. Omicronla yanaşı hazırda "influenza" deyə adlandırdığımız qrip geniş yayılıb. "influenza" bütün yaş qruplarında rast gəlinir. Qripin virusdan fərqləndirən əsas xüsusiyət qızdırmanın olmasıdır. Omicron qripdən fərqli olaraq aşkar edilməsi çətindir, qrip birdən başlayırsa "omikron" nisbətən yavaş-yavaş başlayır"- deyə o qeyd edib.

Qeyd edək ki, səhiyyə qurumları virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmələri barəsində vətəndaşlara çağırış edib.

"Omicron" mutasiyasının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlarımızdan səhiyyə qurumlarımız tərəfindən müəyyən olunmuş virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmələri xahiş olunur:

• Maska taxın.

• Tez-tez əllərinizi yuyun və ya antiseptik vasitələrdən istifadə edin.

• Fiziki məsafə saxlayın.

• İnsanların sıx toplaşdığı yerlərdən uzaq durun.

• Vaksin olunun.

Virusa yoluxduğunuz halda:

• Özünüzü ailə üzvlərinizdən mümkün qədər təcrid edin.• Təcrid olduğunuz yeri tez-tez havalandırın.

• Gün ərzində 2 dəfə bədən hərarətinizi ölçün.

• Bol maye qəbul edin.

• Yataq rejiminə riayət edin.

• Hərarət yüksəldiyi zaman (38℃ və daha yuxarı) qızdırmasalıcı dərmanlardan istifadə edə bilərsiniz.

• 5 gündən çox müddətdə idarə olunmayan yüksək qızdırma (>38.5℃, qızdırma salıcı dərmanlara tabe olmayan) sizi narahat edərsə, ASM (poliklinika) ailə həkiminə (sahə həkimi pediatrı, sahə həkimi terapevti) məlumat verin.

• Ev şəraitində antibiotik, antiviral, hormonal, immunitet artırıcı müalicələrdən və venadaxili mayelərin köçürülməsindən uzaq durun.

• Qonşunun, qohumun, tanışın tövsiyəsinə əsasən dərman qəbul etməyin.

• Orta tibb işçilərinin tövsiyəsinə əsasən müalicə olunmayın.