\
29 Mart 2024 - Cümə

Azərbaycanın ilk "Ağıllı kənd"inin inşası başa çatıb

Azərbaycanın ilk "Ağıllı kənd"inin inşası başa çatıb
1365baxış

Zəngilan rayonunun Ağalı kəndində ilk "Ağıllı kənd"in inşası başa çatıb.

Bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Bakıda keçirilən "Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığın rolu" mövzusunda konfransda bildirib.

"Hazırda Füzuli rayonunun Dövlətyarlı kəndində 2-ci "Ağıllı kənd"in inşasına hazırlıq görülür", - o deyib.