\
29 Noyabr 2024 - Cümə

Ukraynada əsgər xidmət yoldaşlarına atəş açıb

Ukraynada əsgər xidmət yoldaşlarına atəş açıb
1397baxış
Mediapress.az-ın məlumatına görə, Ukraynanın Dnepr şəhərində Milli Qvardiyanın 20 yaşlı hərbçisi Artemiy Ryabçuk “AK-47” avtomat silahından xidmət yoldaşlarına atəş açıb. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Hadisə ötən gecə baş verib. Nəticədə 5 nəfər ölüb, 5-i yaralanıb. Hadisənin başvermə səbəbləri məlum deyil.