\
22 May 2022 - Bazar günü

Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandan müavini həlak oldu

Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandan müavini həlak oldu
1136baxış

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri komandanının aviasiya üzrə müavini, polkovnik İqor Bedzay döyüş tapşırığını yerinə yetirərkən həlak olub.

 

“Qafqazinfo” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə “Sağ qayıt” fondunun direktoru Taras Çmut məlumat yayıb.

O qeyd edib ki, Bedzay Rusiya qırıcı raketi ilə vurulan Mi-14 hərbi-dəniz helikopterinin ekipajının tərkibində olub.

“Dəniz Qüvvələrinin ən yaxşı zabitlərindən biri, Hərbi Dəniz Qüvvələri komandirinin aviasiya üzrə müavini, polkovnik İqor Bedzay Ukrayna səmasında həlak olub. O, daha çox Sak yaxınlığındakı Novofedorovkadan olan 10-cu Hərbi Dəniz Aviasiya Briqadasının keçmiş komandiri kimi tanınır”, - deyə o bildirib.