2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildi
1254
Azərbaycanda 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib.
Mediapress.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sənədə əsasən, Prezident Administrasiyası Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.