\
24 Noyabr 2024 - Bazar günü

Ermənistan ordusunda növbəti biabırçılıq - FOTOFAKT

Ermənistan ordusunda növbəti biabırçılıq - FOTOFAKT
1844baxış
Ermənistan ordusu hərbçilərini nəinki silahla, heç hərbi çəkmələr ilə təmin edə bilmir. 
 
Mediapress.az Oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkənin erməni seqmentində Qarabağdakı separatçı, quldur rejimin "rəhbəri” Araik Arutunyanın hərbçilərlə şəkli yayılıb. 
 
Şəkildə bir işğalçı hərbçinin ayağında tərlik var.
 
Bölgənin relyefini, havanı nəzərə alaraq, düşmən hərbçilərinin hərbi çəkmə ilə təmin edilməməsi Ermənistan ordusundakı vəziyyətin nə qədər acınacaqlı olduğunu bir daha sübut edir. 
 
Belə olan halda, Azərbaycan Ordusunun zərbələrinə davam gətirməyib, "qəhrəmancasına” geri çəkilən işğalçılara döyüş meydanından tərliklə qaçmaq heç də rahat olmayacaq.