\
24 Noyabr 2024 - Bazar günü

Düşmənin aldadaraq gətirdiyi əsgər və könüllülərə silahı yerə qoymaq təklif edilib

Düşmənin aldadaraq gətirdiyi əsgər və könüllülərə silahı yerə qoymaq təklif edilib
1789baxış

Azərbaycanın Hərbi Komandanlığı Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən aldadılaraq ölkəmizin işğal olunmuş ərazilərinə gətirilən əsgər və könüllülərə də müraciət edərək silahı yerə qoymağı və təslim olmağı təklif edib.

Bu barədə Mediapress.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Azərbaycan tərəfinə keçən mülki əhalinin təhlükəsizliyinin, qida, tibbi yardım və digər ehtiyaclarının təmin edilməsi üçün komandanlıq bütün müvafiq zəruri tədbirləri görməyə hazırdır.