\
23 Noyabr 2024 - Şənbə

Kəlbəcərdə Azərbaycan bayrağı qaldırıldı

Kəlbəcərdə Azərbaycan bayrağı qaldırıldı
1197baxış

Müdafiə Nazirliyi işğaldan azad edilmiş Kəlbəcər şəhərində Azərbaycan bayrağının qaldırılmasına dair videosüjeti yayıb. Süjetə əsasən Kəlbəcərə daxil olan ordu bölmələri düşmənin rayonu tərk edərkən yandırıb dağıtdığı, talan etdiyi tikililərdən birinin üzərində dövlət bayrağını ucaldır. Daha sonra döyüşçülər bu barədə Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevə raport verirlər.

Mediapress.az xəbər verir ki, Kəlbəcər rayonu 10 noyabr üçtərəfli razılaşması əsasında noyabrın 25-də Azərbaycanın nəzarətinə qaytarılıb. Ordumuzun bölmələri iki istiqamətdən-Murov aşırımından və Daşkəsən istiqamətindən irəliləyərək Kəlbəcərdə müəyyən edilmiş mövqeləri tutublar.