Azərbaycan Ordusunun şəhid giziri Qubada dəfn edilib
1856
Azərbaycan Silahlı Qüvvələrinin şəhid giziri Orxan Vidadi oğlu Balayev dəfn edilib.
O, doğulub boya-başa çatdığı Quba rayonunun Alpan kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin yaxınları, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Şəhidin tabutuna bükülən üçrəngli bayraq Quba Rayon İcra Hakimiyyəti başçısı tərəfindən yaxınlarına təqdim edilib.
Allah rəhmət eləsin!