Qasparyan Paşinyanla görüşdən imtina etdi
1514
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəhbəri Onik Qasparyan baş nazir Nikol Paşinyanla görüşdən imtina edib.
Bu barədə erməni KİV-ləri yazıb. Məlumata görə, Qasparyanla əlaqə saxlanılıb və Paşinyanın onunla görüşməsi üçün səhər hökumət binasına gəlməsini xahiş olunub. Lakin Qasparyan rədd cavabı verib.
“Ona Baş Qərargahda olduğumu söyləyin, ehtiyac varsa, özü gəlsin” ,- Qasparyan bildirib.
Xatırladaq ki, dünən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Nikol Paşinyanın istefasını tələb edib. Bundan sonra Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərib. Lakin prezident Armen Sarkisyan qərarı imzalamayıb.