Nikol Paşinyanın partiyasından olan deputatı döyüblər
1499
Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Razılaşması Partiyasını parlamentdə təmsil edən “Mənim addımım” fraksiyasının deputatı Akop Aslanyan döyülüb.
Hadisə fevralın 26-da N.Paşinyanın istefası tələb ilə keçirilən mitinqdə baş verib.
Hüquq-mühafizə orqanları hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 47 yaşlı şəxsi saxlayıb. Məlumata görə, adı açıqlanmayan şəxs həmin tarixdə parlamentin binasından çıxarkən nəzarət-buraxılış məntəqəsində “Mənim addımım” fraksiyasının üzvlərini təhqir edib, deputatlardan birinin üzünə sillə vurub.
Onun barəsində cinayət işi açılıb.