\
12 May 2021 - Çərşənbə

Azərbaycanlı və türk nazirlər Qarabağa səfər ediblər

Azərbaycanlı və türk nazirlər Qarabağa səfər ediblər
1929baxış

Azərbaycanlı və türkiyəli nazirlər Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər ediblər.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.


Belə ki, Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov, ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirli ilə birlikdə işğaldan azad olunmuş Füzuli, Cəbrayıl və Zəngilan şəhərlərində olublar.

Səfərdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev də iştirak edib.

Xatırladaq ki, Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirli azad olunmuş ərazilərə səfər edən ilk xarici nazirdir.