\
12 May 2021 - Çərşənbə

Bura Bərdə rayonunda bir şəhid "evi"dir... - Uçuq-sökük, işıqsız, qazsız... - FOTOLAR

Bura Bərdə rayonunda bir şəhid "evi"dir... - Uçuq-sökük, işıqsız, qazsız... - FOTOLAR
1985baxış

Şəkillərdə gördüyünüz "ev"  Bərdə şəhər sakini Şəhid Polkovnik-leytenant Mehman Qəmbərova məxsusdur. 

Ailəsi illər öncə və dəfələrlə o əraziyə yaxın - Ərəb Çadır şəhərciyinin yerində tikilən hündürmərtəbəli binalardan evlə təmin edilmələri üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət ediblər. Lakin problem öz həllini tapmayıb və tapmamaqdadır. 
Əlavə edək ki, Mehman Qəmbərov şəhid olandan sonra da ailəsi hələ də (valideynləri) bu "ev"də yaşamaqdadır. Həyat yoldaşı isə iki övladı ilə bərabər Bakıda kirayədə yaşayırlar. 
Şəhidin valideynlərinin yeganə arzusu özlərinə deyil, Mehman Qəmbərovun yadigarları olan iki gül balalarına yaşamaq üçün bir mənzilin verilməsidir.   
 
P.S. Əlavə edək ki, 1996-cı ildə xarici şirkətlərin biri tərəfindən köçkünlər üçün salınmış bu qəsəbə tipli yaşayış kompleksində hələ də təbii qaz yoxdur. İşıqlar isə gün ərzində doğru-dürüst yanmır. 
 
Maya Quliyeva
Xüsusi olaraq Mediapress.az