\
23 Noyabr 2024 - Şənbə

Deputat Müdafiə Nazirliyinin Hərbi Hospitalının fəaliyyətini tənqid edib

Deputat Müdafiə Nazirliyinin Hərbi Hospitalının fəaliyyətini tənqid edib
1492baxış
Deputat Aqil Abbas Milli Məclisin bugünkü plenar iclasında Müdafiə Nazirliyinin Hərbi Hospitalının fəaliyyətini tənqid edib

A. Abbas deyib ki, tez-tez mətbuatda qazilərin  şikayətlərini eşidir: “Həmin qazilər hərbi hospitala rayonlardan gəlirlər. Avtobus da işləmir, məcbur taksiylə gəlirlər. Hospitalda bir dənə resept yazırlar və deyirlər ki, dərmanları özünüz alın. 

5 aydır müharibə bitib. Bəzilərinə hələ də əlillik verilməyib. Hansı pulla alsınlar?!  Hərbi hospitalın da fəaliyyəti qənaətbəxş deyil. Bir az müalicə edən kimi deyirlər gedin evə.

O boyda hospital tikilib.Niyə bu cür hospitalda müalicə əvəzinə qazilərimizi xaricə göndərirlər? Deməli, orada həkim korpusunu gücləndirmək lazımdır. Müdafiə nazirindən xahiş edirəm ki, arada hospitala gedib orada müalicə olunsun”.