\
29 Mart 2024 - Cümə

Şəhid baş leytenant Səfərli Cavid Xaliq oğlunun memorial abidəsinin açılışı olub - İmişlidə - FOTOLAR

Şəhid baş leytenant Səfərli Cavid Xaliq oğlunun memorial abidəsinin açılışı olub - İmişlidə - FOTOLAR
2643baxış

İmişli rayonunda şəhid baş leytenant Səfərli Cavid Xaliq oğlunun memorial abidəsinin açılışı olmuşdur. Abidənin müəllifi heykəltəraş Zamiq Rzayevdir.

Açılışda şəhidin doğmaları, yaxınları və dostları iştirak etmişlər.

Səfərli Cavid Xaliq oğlu 1993-cü ildə may ayının 31-də İmişli rayonunun Əliqulular kəndində doğulub.

Namiq Şirinov adına İmişli rayon 5 saylı tam orta məktəbində təhsilini bitirəndən sonra  2007-ci ildə C.Naxçıvanski adına hərbi liseyə daxil olub, 2010-cu ildə oranı bitirir. Elə həmin il  Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur və 2014 cü ildə təhsilini başa vurur.  “Leytenant” rütbəsi alan Cavid Səfərlinin çətin və şərəfli zabit həyatı başlayır. Ordumuza layiq zabit kimi yetişməyi qarşısına məqsəd qoyan Cavid Səfərli 2014-2015-ci illərdə Tədris-Təlim Mərkəzində hərbi təhsilini davam etdirir.

2018-ci ildə Azərbaycan ordusunun 100 illiyi medalı ilə təltif edilən gənc zabit Qusar şəhərində yerləşən  N saylı hərbi hissədə zabit kimi xidmətini davam etdirir, Tabor komandirinin müavini vəzifəsinə yüksəlir.  

Sentyabr ayının 27-dən başlayan II Qarabağ müharibəsinin ilk günündən Füzuli və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə vuruşur.

21oktyabr 2020 ci ildə, Xocavənd rayonunun strateji əhəmiyyətli Qırmızı bazar  qəsəbəsi istiqamətində yerləşən Düdükçü kəndi uğrunda gedən ağır döyüşlərdə  qəhrəmancasına şəhid olur.

Ölümündən sonar “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə ” medalları ilə təltif edilmişdir.

Ən uca zirvədə dayanmış Şəhidləri bizim qürur mənbəyimiz, and yerimizdir!  Onlar Vətən qədər əbədi yaşayacaqlar! Biz onları heç vaxt unutmayacağıq!

Mediapress.az