\
25 Aprel 2024 - Cümə axşamı

Ermənistanda COVID-19-a yoluxanların sayı 218 mini ötüb

Ermənistanda COVID-19-a yoluxanların sayı 218 mini ötüb
1585baxış
Ermənistanda son sutkada koronavirusa 425 yoluxma qeydə alınıb. “Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 218 325-ə çatıb. Məlumata görə, ölkədə son sutkada daha 14 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 4 192 nəfərə yüksəlib. Koronavirusa yoluxan 202 273 nəfər sağalıb. Hazırda 10 828 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.